PKK-dan İYRƏNC addım: Sivilləri edam edirlər- Dəhşətli FAKTLAR

PKK-dan İYRƏNC addım: Sivilləri edam edirlər- Dəhşətli FAKTLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Son bir neçə ildir ki, Türkiyə Hərbi qüvvələri PKK terroristlərini həm hava, həm də quru qoşunları vasitəsi ilə məhv etməkdə davam edir.
A24.Az xəbər verir ki, Zeytin Dalı və Fırat Kalkanı əməliyyatları çərçivəsində terroristlərin çəmbəri kifayət qədər daraldılıb.
Bununla da terroristlər yeni bir metoda əl atırlar.

Belə ki, onlar artıq edam ilə insanlara qarşı zülmlərini işə salırlar. Məqsəd isə terroristlərin ələ verilməməsidir.

Keçən ayın 25-də Ağrının Doğubəyazit bölgəsində Mövlud Bengi, Dünən isə Diyarbakırda 50 yaşlı Remzi Gülər və 27 yaşlı oğlu Mahmud Gülər də məhz terroristlərin qurbanlarıdır. “Bəzi dostlarımızın şəhadətə ucalma səbəbi Mevlut Bengidir. Araşdırılıb və onların cəzası HPG tərəfindən kəsilib” yazılmış vərəq isə onların edam edildiyi yerdə, üstlərində tapılıb. Eyni ünvanlı mesaj məhz ata-oğulun edamı zaman da aşkarlanmışdı.

Abdullah Ağar isə terroristlərə qarşı xüsusi ilə düzən ərazilərdə istifadə edilən metod və texnologiyaların olduqca tutarlı olduğunu bildirib. Məhz bunun qarşılığında isə PKK-nın sivil vətəndaşlar üzərində təsiri azaldığı üçün onlara təsir etməyə, onları qorxutmağa çalışıldığı vurğulanır.

Abdullah Ağar qeyd edib ki, bununla onlar “ya bizə biət- itaət edərsiniz, ya da biz sizi məhv edərik” mesaji verməyə çalışırlar.
A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar