PKK-lılar arasında qarşıdurma: 30-dan çox terrorçu edam edildi - FOTO

PKK-lılar arasında qarşıdurma: 30-dan çox terrorçu edam edildi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Terror təşkilatı PKK Afrinin Raco və Cinderesə yeni başçılar təyin edib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hüseyn Gabar adlı terrorçu Racoya, Mani Agid adlı terrorçu isə Cinderesə göndərilib.

“Zeytun budağı” əməliyyatı başladıldıqdan sonra terror təşkilatının daxilində yaşanan qarşıdurmalar nəticəsində 30-dan çox terrorçunun edam edildiyi bildirilib. Belə ki, əldə edilən məlumatlara görə, fevral ayının əvvəllərindən Cinderes və Racoda Afrinli terror təşkilatının üzvləri ilə Kandildən gələn terrorçular arasında gərginlik yaşanıb. Terror qruplaşmasının üzvləri arasında yaşanan gərginlik TSQ-ASO-nun irəliləməsi ilə birlikdə təxribata çevrilib.

PKK-nın idarə mərkəzi olan Kandil yaşanan təxribata müdaxilə etmək məqsədiylə Raco və Cinderesə yeni liderlər göndərib. Terrorçuların başçısı Cemil Bayık Raco bölgəsi üçün Hüseyn Gabar adlı terrorçunu Afrinə göndərərkən, Cinderes bölgəsi üçün Mani Agidi göndərib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar