Plastik əşyalardan istifadə edərkən bunlara diqqət edin- MƏSLƏHƏTLƏR

Plastik əşyalardan istifadə edərkən bunlara diqqət edin- MƏSLƏHƏTLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Yeyinti və uşaq məhsullarının istehsalında istifadə olunan plastik kütlələr sanitar-gigiyenik normalara və standartlara əsasən müasir dünyada məişətimizi plastiklərsiz təsəvvür etmək çətindir.

A24.Az xəbər verir ki, Gündəlik məişət əşyalarının çox hissəsi ya plastik kütlədən hazırlanır, ya da konstruksiyalarında plastik elementlərdən istifadə edilir. Yeyinti məhsullarının qablaşdırılmasında plastik kütlədən hazırlanmış istehlak taralarından, birdəfəlik qablardan istifadə edilməsi günü-gündən artmaqdadır. Məlumat üçün bildirək ki, plastik kütlə, əsasını təbii və ya sintetik yüksək molekulyar birləşmələr – polimerlər təşkil edən üzvi materialdır. Onlardan ən çox istifadə olunanları sintetik polimerlər əsasında istehsal olunmuş plastiklərdir. Ümumilikdə isə plastiklərin bir çox növü vardır.
1980-ci illərin sonlarında Beynəlxalq Plastik Kütlə Sənayesi Cəmiyyəti tərəfindən plastiklərin bütün növləri üçün markalanma və identifikasiya kodları sistemi işlənib hazırlanıb. Plastiklərin markalanması üçün üçbucaq formasında 3 oxdan ibarət və ortasında plastikin növünü göstərən rəqəm yerləşən xüsusi simvol – işarə qəbul edilib. Bir çox hallarda məmulatların markalanması zamanı plastikin tipini göstərmək üçün üçbucağın altında hərfi markalanma da göstərilir. Plastiklərin simvol işarələri aşağıdakı kimidir:

PET və ya PETE – Polietilenteraftalat. Adətən, mineral su, alkoqolsuz içkilər və meyvə şirələri üçün butulkaların, müxtəlif qablaşdırma vasitələrinin, o cümlədən qida məhsulları üçün qablaşdırma vasitələrinin hazırlanmasında istifadə olunur.

PE-HD və ya HDPE – Yüksək sıxlıqlı polietilen. Bu plastikdən şampun və yuyucu

vasitələr üçün butulkalar, mehtərələr (flyaqa), plastik paketlər, süd paketləri, içməli su boruları kimi məhsullar hazırlanır. Yeyinti sənayesində qablaşdırma üçün istifadəyə yararlı və təhlükəsizdir.

PVC və ya V – Polivinilxlorid. Boru, açıq havada istifadə olunan mebel, döşəmə örtüyü, pəncərə profili, jalüz, izolyasiya lenti, yuyucu vasitələr üçün tara kimi məhsulların istehsalında istifadə olunur. Qida məhsullarının qablaşdırılmasında istifadə üçün potensial təhlükəlidir. Belə ki, tərkibində dioksinlər, bisfenol A, civə, kadmium kimi toksiki maddələr ola bilər.

PE-LD və ya LDPE – Aşağı sıxlıqlı polietilen. Ərzaq və tullantı üçün kisə və paketlərin, yeyinti məhsullarının üzərinə plyonkaların, elastik qabların və sair bu kimi məhsulların istehsalında istifadə olunur.

Qida məhsullarının qablaşdırılması üçün istifadəsi təhlükəsizdir.

PP – Polipropilen. Avtomobil sənayesində (avadanlıq, bamperlər), uşaq oyuncaqlarının hazırlanmasında, həmçinin qida sənayesində, əsasən, qablaşdırma vasitələrinin hazırlanmasında istifadə olunur. İçməli su kəmərləri üçün polipropilen borular geniş yayılıb. Polipropilen qida məhsullarının qablaşdırılmasında istifadə olunan ən təhlükəsiz plastikdir. O, yüksək temperatura davamlıdır. Buna görə də ondan hazırlanan qablardan isti yeməklər və içkilər üçün istifadə etmək olar.

PS – Polistirol. Binaların istilik izolyasiya plitələrinin hazırlanmasında, qida qablaşdırma vasitələrinin, yemək dəstləri və fincanların, uşaq oyuncaqları, qab-qacaq, qələm və sair məhsulların istehsalında istifadə edilir. Polistiroldan hazırlanan qablar yalnız soyuq qida məhsulları və sərinləşdirici içkilər üçün yararlıdır. Belə ki, qızdırıldıqda özündən yüksək toksiki maddə olan stirol alınır.

Ona görə də polistiroldan hazırlanan qablardan isti məhsullar, içkilər, həmçinin alkoqollu içkilərin saxlanması, mikrodalğalı sobada yeməyin qızdırılması üçün istifadə oluna bilməz.

O və ya OTHER –Xüsusi işarələri olmayan plastiklər (rəqəmsal kodu 08-dən 19-dək). Bu qrupa yuxarıdakı qruplara düşməyən istənilən digər plastik növləri aiddir. Bunlar, əsasən, polikarbonatlardır. Polikarbonatların tərkibində insan üçün təhlükəli olan bisfenol A maddəsi olma ehtimalı var. Bərk şəffaf məmulatların hazırlanmasında istifadə olunur.
Göründüyü kimi, plastiklərdən bir çox sahələrdə istifadə edilir. Qüvvədə olan AZS 333-2009 dövlət standartına əsasən yeyinti məhsullarının qablaşdırılması üçün polimer maddələrdən hazırlanmış vasitələrin istifadəsinə icazə verilir.

Yeyinti və uşaq məhsullarının istehsalında istifadə olunan plastik kütlələr sanitar-gigiyenik normalara və standartlara əsasən ekspertizadan keçməli və mütləq uyğunluq sertifikatı ilə müşayiət olunmalıdır. Bütün istehsalçılar məcburi qaydada öz məhsullarının markalanmasında plastikin növünü göstərməlidirlər.

Plastik məmulatların markalanmasında plastikin növünü göstərən simvollarla bərabər, onun yeyinti və ya texniki məqsədlər üçün nəzərdə tutulduğunu bildirən, beynəlxalq səviyyədə qəbul olunmuş “qədəh və çəngəl” simvolundan – piktoqramdan plastik kütlənin yeyinti məhsulları və ya qeyri-ərzaq məhsulları üçün nəzərdə tutulduğunu bildirmək məqsədilə istifadə olunur.
Qeyd olunan simvollarla yanaşı, plastik kütlədən hazırlanmış istehlak taralarının üzərində onun soyuq məhsullar üçün nəzərdə tutulduğu, isti məhsullar üçün istifadəyə icazə verilib-verilmədiyi, mikrodalğalı sobada və ya dondurucuda istifadə edilib-edilməyəcəyi göstərilməlidir.


Ümumiyyətlə, şəraitdən asılı olaraq bir sıra hallarda plastik kütlələrdən toksiki birləşmələr ayrılır ki, bu da insan orqanizminə düşdükdə onun sağlamlığına mənfi təsir göstərir. Müxtəlif növ plastik kütlələr müxtəlif şərtlərdə toksiki ola bilirlər – bir qismini qızdırmaq, bir qismini dondurmaq, bir qismini isə yumaq olmaz.
Unutmamalıyıq ki, plastik qablardan təyinatı üzrə düzgün istifadə edilməməsi olduqca zərərlidir. Məsələn, +400C-dən yuxarı temperaturda polistiroldan hazırlanmış qablarda stirol maddəsi yaranır ki, bu da insan orqanizmi üçün təhlükəlidir. Birdəfəlik plastik qablardan təkrar istifadə zamanı onun xarici mühafizə təbəqəsi zədələnir və kanserogen maddələr – formaldehidlər, fenol, kadmium, civə ayrılmağa başlayır. Birdəfəlik plastik stəkanlarda spirtli içkilərin içilməsi yolverilməzdir. İstənilən plastikdə toksiki maddələr var ki, adi soyuq içkilərdə həll olunmur, ancaq alkoqolun kimyəvi təsirinə məruz qaldıqda zərərli mühit yaradırlar.
Qida məhsulları insanlar üçün, ilk növbədə, təhlükəsiz olmalıdır. Bu meyarı öz fəaliyyətində prioritet kimi qəbul edən Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi muxtar respublikada fəaliyyət göstərən istehsalçı və ya idxalçı təsərrüfat subyektlərində aparılan maarifləndirmə xarakterli monitorinqlər çərçivəsində məhsulların qablaşdırılmasında plastik kütlədən hazırlanmış qablardan və istehlak taralarından təyinatı üzrə istifadə prosesini nəzarətdə saxlayır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Agentlik istehlakçıları plastiklərdən istifadə zamanı diqqətli olmağı və mümkün alternativlər üzrə təbii material­lardan, xüsusilə şüşədən, kağızdan və digər ağac materiallarından hazırlanmış qablaşdırma vasitələrinə üstünlük verməyi tövsiyə edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar