A24 Xeber

Plastik qablar qadağan ediləcək

Plastik qablar qadağan ediləcək
72
29 May 2018 - 11:39

Avropa Birliyi ölkələri plastik qablara qadağa qoymağa hazırlaşır.

“A24.az” bildirir ki, Avropa Birliyi Şurası dənizlərdəki tullantılarla mübarizə aparmaq üçün bir dəfə istifadə üçün hazırlanan plastik qablarla bağlı yeni qaydalar tətbiq etməyi təklif edib. Belə ki, bir dəfəyə istifadə olunan plastik qabların bazarlarda satışına qadağa qoyulacaq.

Plastik qulaq çöpləri, çəngəl-bıçaq dəstləri, qablar, su içməyə çubuqlar, içki qarışdıran və şar çubuqları isə yalnız davamlı materiallardan istehsal ediləcək. Plastik su qabları sadəcə ağzı bağlı şəkildə satılacaq.

Avropa Birliyinə üzv ölkələr plastik qida və su qablarının istifadəsini beynəlxalq hədəfləri müəyyən edərək və alternativ məhsullarla əvəz edərək azaldacaq. Bir dəfə istifadə olunan plastik məhsullar isə pulsuz paylanmayacaq.

Plastikdən hazırlanan yemək qabları, paket, stəkan, nəm salfet, şar, paket və siqaret filtrlərini istehsal edənlər məhsullarının tullantı və təmizlik xərclərini özləri çəkəcək. Bu sektorda fəaliyyət göstərən şirkətlərə daha az kirlənən məhsul istehsal etmələri üçün şərait yaradılacaq.

Təklifin qanuniləşməsi üçün Avropa Birliyi Şurası, Avropa Birliyi Komissiyası və Avropa Parlamenti arasında üçlü görüş keçiriləcək. Tərəflərin razılığa gəldiyi və bütün qurumların təsdiqlənməsindən sonra təklif qəbul ediləcək. Daha sonra Avropa Biyliyinə üzv ölkələr lazımi tədbirləri görməyə başlayacaq.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00