A24 Xeber

Polietilen torbalar tarixə qovuşa bilər

Polietilen torbalar tarixə qovuşa bilər
42
06 İyun 2018 - 17:38

Birləşmiş Millətlər Təşkilatı polietilen torbaların istifadəsinin qadağan olunması təklifi ilə çıxış edəcək. 

A24.Az “Straits Times” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı məlumat BMT-nin Ətraf-Mühit komitəsinin hesbatında verilir.

Ümumdünya ətraf mühit günündə yayımlanan araşdırmalar zamanı müəyyən edilib ki, ərzaqların daşınması və zibillərin saxlanılması üçün torpaqda çürüməsinə min il tələb olunan 5 trilyon polietilen paket istifadə edilir.

Bununla yanaşı, komitə üzvləri bildirib ki, 9 milyard ton plastik materialların cəmi 9 faizi yenidən istehsala verilir.

Bu zaman ətraf mühitin qlobal çirklənməsinin əsas mənbələri müəyyənləşdirilmiş olur.

Plastik tullantı siyahısında birinci yeri Çin, ikinci və 3-cü yeri isə Avropa Birliyi və ABŞ tutur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00