A24 Xeber

Polis Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma apardı

Polis Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma apardı
141
30 İyun 2017 - 20:41

İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomobilə əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.Az-a bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən  keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib.

Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomobilə əyləşdirib yoluna davam edib.

Dindirmə zamanı M.Hüseynova E. Həsənovla (adlar şərtidir) aralarında dostluq münasibətlərinin olduğunu, onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00