Polis erməni müxalifətinin lideri Paşinyanı saxlayıb

Polis erməni müxalifətinin lideri Paşinyanı saxlayıb
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan polisi müxalifət lideri Nikol Paşinyanı saxlayıb.

“A24.az” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verir.

Yürüş Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb.

Daha öncə müxalifət lideri Paşinyan etirazların yeni güclə davam edəcəyini bəyan edib.

Xatırladaq ki, Paşinyan və Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar