Polis pinti geyinənləri bu şəhərə buraxmır

Polis pinti geyinənləri bu şəhərə buraxmır
Want create site? Find Free WordPress Themes and plugins.

Türkmənistan hakimiyyəti gözünə “pinti və səliqəsiz” görünən adamları saxlayır.

Bu barədə “Azadlıq” radiosunun türkmən xidmətinin mənbələri məlumat verib. Məlumatlara görə, Aşqabadda saxlananların şəxsiyyətini aydınlaşdırmaq üçün sənədlərini də yoxlayırlar. Çox vaxt yoxlamanı mülki geyimli şəxslər aparır. Yoxlama zamanı saxlanan adamın paytaxtda qeydiyyatının olmaması üzə çıxsa, cərimələnir və daimi yaşayış qeydiyyatında olduğu regiona göndərilir.

Cərimələyib paytaxtdan çıxarırlar

“Paytaxta qeydiyyatsızlar öncə Xitrovkadakı “Arzuv” və ya “Yalkım” istintaq təcridxanasına göndərilir. Onları 300-500 manat (təxminən 150-250 manat) cərimələyir və sonra daimi yaşayış yerinə göndərirlər”, – adının açıqlanmaması istəyən qaynaq belə deyir.

Türkmənistan bölgə sakinlərinin dolanışıq və bir tikə çörək üçün paytaxta gəlişini hələ 2015-ci ilin sonlarından məhdudlaşdırılmağa başlayıb.

Rayon maşınlarına qadağa

Aşqabad hakimiyyəti region nömrəli şəxsi nəqliyyat vasitələrinin paytaxta girişinə də qadağa qoyub. Qadağanı pozanlara inzibati cəza kəsilə bilər.

Prezident sərəncamına görə, bölgələrdə yaşayan sakinin paytaxtdakı müəssisələrdə işə götürülməsindən ötrü mütləq “qanunla icazə” alınmalıdır.

Aşqabadda qeydiyyatsız, yaxud “səliqəsiz və pinti görünüşlü” şəxslərin saxlanıb yoxlanması bu ilin sentyabrında Türkmənistanda keçirilməsi nəzərdə tutulan “Aziadi-2017”-yə – V Asiya İdman Oyunlarına hazırlıq dövünə təsadüf edir.

Türkmənistan həmin beynəlxalq yarışa coşquyla hazırlaşır. Ölkə idmançıları müxtəlif xarici ölkələrdə təlim-məşq toplantılarına qatılıblar.

“Qapalı məkanlarda Asiya döyüş sənəti”, eləcə də “Qapalı məkanlarda Asiya Oyunları” kimi tanınan oyunlar Mərkəzi Asiyada ilk dəfə Aşqabadda keçirilir.

30 obyektdə 21 idman yarışının keçirilməsi nəzərdə tutulur.

Yarışlar bu il sentyabrın 17-dən 27-dək keçiriləcək.

“İdman oyunlarınadək əyalət sakinlərinin hamısının paytaxtdan çıxarılması nəzərdə tutulur. Hər gün yüzlərlə adam saxlanır”, – anonimliyinin qorunmasını istəyən Aşqabad polisindəki mənbə belə deyib.

20-100 manat verib xilas oluruq

Aşqabadda region qeydiyyatlı “əyalət sakini ovu” ilə yanaşı, saxlanan şəxslərdən rüşvət alınması barədə də məlumatlar gəlir.

“Biz imkan daxilində polisə 20-100 manat verir (təxminən 1-50 AZN) və “xilas oluruq”. Bu, 500 manat (təxminən 250 AZN) verib, hələ bir paytaxtdan da çıxarılmaqdan yaxşıdır”, – Aşqabadda inşaat şirkətlərinin birində çalışan, Daşoğuz regionundan olan sakinin sözləridir.

Yaranmış vəziyyətlə – xarici görünüşə görə saxlamalar, cərimələr, əyalət sakinlərinin paytaxtdan çıxarılması, rüşvət dedi-qoduları ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.

Dünya bazarında qazın ucuzlaşması Türkmənistanda iqtisadi durumu ağırlaşdırıb. Xaricdə fəaliyyət göstərən bəzi müxalif saytlar ölkə daxilindəki mənbələrə istinadən qaz sektorundakı ixtisarlardan söz açır. Növbəti illərdə qaz sektorunda çalışanların yarısının işsiz qalacağı haqqında fikirlər də səslənir.

Müxalif saytlar yazırlar ki, hökumət regionlardan gələnlərin önünü kəsməklə paytaxtda işsizlərin çoxalmasının qarşısını almağa çalışır.

Hüquq müdafiəçiləri və ictimai fəallar qeyd edirlər ki, Türkmənistanda hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarını sürəkli pozmasına, o cümlədən hərəkət etmək azadlığının məhdudlaşdırılmasına ölkə qanunvericiliyi əsas yaradır.

“Transparency İnternational” Türkmənistanı korrupsiya faktına görə, 176 ölkə arasında 154-cüyerdə görüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar