Polisə tutuldu, ŞOK cinayətləri ortaya çıxdı - Azərbaycanda

Polisə tutuldu, ŞOK cinayətləri ortaya çıxdı – Azərbaycanda
Want create site? Find Free WordPress Themes and plugins.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun ətrafında Salyan və Hacıqabul Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 3 nəfərə məxsus yardımçı təsərrüfatlardan müvafiq olaraq 3 baş inək, Hacıqabul rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, N.Eminovun Bakı şəhər sakini Cavidan Bağırlı, Salyan rayon sakini Elxan Kərimov və Kürdəmir rayon sakini Rəvan Qasımovla birgə fevralın 13-də Hacıqabul rayonu ərazisində Kazım Tağıyevdən quldurluq yolu ilə 13050 manat pul, mobil telefon və tütün məmulatı almaları da müəyyən edilib.

Görülmüş tədbirlərlə C.Bağırlı, E.Kərimov və R.Qasımov tutulublar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar