Polisin bu səlahiyyəti “ASAN Xidmət”ə verilə bilər

Polisin bu səlahiyyəti “ASAN Xidmət”ə verilə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin təşəbbüsü ilə qurumun, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü keçirilib.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, “ASAN Xidmət” sədrinin müşaviri, Elektron Hökümət və Rəqəmsal İnnovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov və İSB-nin icraçı direktoru Rəşad Əhmədov iştirak ediblər.

Tərəflər əsasən avtonəqliyyat hadisələri zamanı yol polisinin verdiyi 4 saylı arayışın “ASAN Xidmət”də verilməsini müzakirə edib. ASA-nın sədri bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur. Bu isə sığortalıların sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır. Məsələnin sosial əhəmiyyətliliyini vurğulayan M.Abbasbəyli 4 saylı arayışın “ASAN Xidmət”də təqdim edilməsi sığorta hadisələri hesab olunan hallar üzrə operativ qaydada sığorta ödənişlərinin verilməsi ilə nəticələnəcəyini və bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.

Bununla yanaşı, səfər sığortasının “Asan Visa” vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib. Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.

Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar