A24 Xeber

Polisin saxlamaq istədiyi gənc özünü doğradı – FOTOLAR

Polisin saxlamaq istədiyi gənc özünü doğradı – FOTOLAR
572
30 Mart 2017 - 10:45

Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə ülgüclə xəsarət yetirib.

“A24.az” musavat.com”a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında “Koroğlu” metro stansiyasının keçidində baş verib.

Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digəri müqavimət göstərib. Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından ülgüc çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunun sərbəst buraxılmasını istəyib. Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00