“Polislər “butulka”ları düzüb dedilər ki, cinayəti etiraf edin…”

“Polislər “butulka”ları düzüb dedilər ki, cinayəti etiraf edin…”
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1970-ci il təvəllüdlü Cavid Aslanov və dostu, 1973-cü il təvəllüdlü Nəriman Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

A24.Az-ın verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə şahidlər dindirilib.

İclasda şahid Elçin Məmmədov ifadə verərək deyib ki, istintaq zamanı, o, Naxçıvan sakini Zemfira Baxışəliyevanın evində oğurluq etməkdə ittiham olunaraq şübhəli şəxs kimi saxlanılıb, sonra isə günahı sübut olunmadığı üçün sərbəst buraxılıb: “4-cü bölmənin əməkdaşları məni bölməyə gətirib dedilər ki, qadının evinə basqın etmisən. Dayıma zəng edib bunu dedim. Dayım gələndən sonra “Qorotdel”ə ərizə yazdılar, kamera görüntülərinə baxıldı və aydın oldu ki, hadisə baş verən an mən işlə bağlı Bərdə rayonunda olmuşam. Amma bölmə əməkdaşları israrla boynuma qoyurdular ki, cinayəti törətmişəm. İstintaqda bu qadınla üzləşdirildim, dedi ki, ona maskalı şəxslər basqın edib”.

Zemfira Baxışəliyeva deyib ki, onun evinə basqın edənlərdən biri balaca boy olub: “Bu oğlanın da boyu balacadır, ona görə mən bunun evimə basqın edən adam olduğunu dedim”.

Müdafiə tərəfi vəkillərinin “ölkədə milyonlarla balaca boy oğlan var, hamısı sənin evinə basqın edib?” sualına qadın cavab verə bilməyib.

Təqsirləndirilən N.Heydərov deyib ki, hadisə vaxtı Alatava qəsəbəsində bacısıgildə olub: “20 ildir Rusiyada idim, anam vəfat etdiyi üçün bura gəlmişdim. Polislər məni bacımgildə tutub bölməyə apardılar. Bizə dəhşətli işgəncələr verdilər, “butulka”ları düzüb dedilər ki, cinayəti etiraf edin. Cavid “butulka”nı görən kimi qorxusundan etdiyini dedi. Mən dedim ki, dərimi də soysanız törətmədiyim əməli boynuma almayacağam”.

İstintaq basqında iştirak edən 3-cü şəxsin kimliyini müəyyən edə bilməyib. Təqsirləndirilən şəxslərin sözlərinə görə, 3-cü adam barədə onlara heç bir sual verilməyib.

Məhkəmə prosesi martın 14-də davam etdiriləcək.

Xatırladaq ki, Naxçıvan sakini Zemfira Baxışəliyeva Binəqədi RPİ 4-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, 3 nəfər maskalı şəxs evinə basqın edərək 20 min manat pulunu və 800 manatlıq qızılını aparıblar. O sonra qızılın 10 min manat dəyərində olduğunu deyib. Z.Baxışəliyeva ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilərək 9 il məhkumluq həyatı yaşayıb. C.Aslanov və N.Heydərov cinayəti etiraf etməyiblər və qadının şərinə məruz qaldıqlarını deyiblər.

Qafqazinfo.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar