A24 Xeber

Politoloq: “Heydər Əliyev Azərbaycanın AŞPA-ya üzv olması üçün…”

Politoloq: “Heydər Əliyev Azərbaycanın AŞPA-ya üzv olması üçün…”
65
26 Aprel 2018 - 23:17

“Sənə Avropa Şurası lazım deyilsə, bu o demək deyil ki, Azərbaycana lazım deyil. Sən təksən Azərbaycan isə daha böyükdür. Sənə lazım deyilsə, istefa ver, qoy başqası ölkəmizi təmsil etsin”.

A24.Az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook”dakı səhifəsində yazıb.

Politoloq qeyed edib ki, Avropa Şurasını tənqid etmək hamının haqqıdır: “Tənqid olunmalıdır da, çünki ziddiyətli qətnamələri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir və s. Ancaq bu o demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir”. Elxan Şahinoğlunun sözlərinə görə, biz getsək, Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə rahat təbliğatını aparacaq: “Bu, bizə lazımdır? Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir. Bu isə özümüzün elan etdiyimiz balanslaşdırılmış xarici siyasətimizə ziddir. Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib. Bunu da “Avropa Şurası bizə lazım deyil” deyənlər unutmasınlar!”.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00