Politoloq: Putin Trampla görüşdən divident qazanmağa ümid edir

Politoloq: Putin Trampla görüşdən divident qazanmağa ümid edir
Want create site? Find Free WordPress Themes and plugins.

 ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bəyan edib. Tramp görüşün Helsinkidə NATO-nun 11-12 iyul sammitindən sonra keçirilə biləcəyini söyləyib.

A24.Az xəbər verir ki, politoloq Elxan Şhinoğlu bu barədə fikirlərini bölüşüb. Politoloq bildirib ki, görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir.

Onun fikrincə, Putin Trampla görüşdən divident qazanmağa ümid edir.

“ABŞ prezidenti Donald Tramp qatı düşməni Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra həvəslənərək rusiyalı həmkarı Vladimir Putinlə də görüşməyə qərar verdi. Bu məqsədlə o Moskvaya milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu Moskvaya göndərdi. Bolton Rusiyanın ən qatı tənqidçilərindən sayılır. Buna baxmayaraq, şefinin tələbi ilə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu görüşdə prezidentlərin görüş yeri və tarixi müəyyənləşdi.

Görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır. Avropada tək-tük ölkə lderi var ki, Putini ölkəsinə səfərə dəvət edə bilərlər. Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir”

Lakin E.Şahinoğlu bu görüşdən ciddi nəticə əldə olunmayacağını düşünür.

“Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, (Ukrayna, Krımın işğalı, Suriya, kibermüharibə) hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmanın özü belə Putinə əlavə dividentlər gətirəcək. Putin bilir ki, buna görə Trampa qarşı Konqres daha da sərtləşəcək. Digər tərəfdən Putinin o da xoşuna gəlir birincisi, Tramp Ukrayna məsələsində israrçı deyil, tam əksinə Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, ikincisi, Rusiyanı “böyük yeddilərə” qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur”, – deyə politoloq qeyd edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar