Politoloq TANAP layihəsini şərh etdi: "Üçlü ittifaqın konturları cızıldı"

Politoloq TANAP layihəsini şərh etdi: “Üçlü ittifaqın konturları cızıldı”
Want create site? Find Free WordPress Themes and plugins.

Əskişəhərdə üçlü ittifaqın konturları cızıldı.

A24.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Əskişəhərdə ukraynalı həmkarı Poroşenko ilə görüşüb: “Belə bir görüşün planlaşdırıldığını Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko həftələr öncə mənə söyləmişdi. Poroşenkonun TANAP açılışı münasibətilə Türkiyəyə gedib ikitərəfli görüşlər keçirməsinin bir neçə səbəbi var. İlk növbədə Ukrayna TANAP layihəsinə maraq göstərir, Azərbaycan qazından yararlanmaq istəyir. Məsələn Ukrayna artıq Rusiyadan birbaşa qaz almır, Avropa üzərindən alır. Azərbaycan qazını da Avropa üzərindən almaq istəyir”. Politoloq vurğulayıb ki, digər tərəfdən, Ukrayna prezidenti Türkiyədə Ərdoğan və Əliyevlə görüşməklə üçlü – Türkiyə-Ukrayna-Azərbaycan ittifaqının yaradılmasına maraq göstərdiyini ortaya qoyur: “Bu ideya son bir ildə geniş müzakirəyə səbəb olub. Bu ittifaqın təsisində Azərbaycan da maraqlıdır. Bu Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə də uyğudur. Moskvada elə bilməsinlər ki, Azərbaycan hər məsələdə şimala boylanmalıdır”.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar