A24 Xeber

Polşada oxumaq və işləmək istəyənlər üçün pulsuz seminar

Polşada oxumaq və işləmək istəyənlər üçün pulsuz seminar
803
30 Mart 2017 - 17:08

Polşada oxumaq və işləmək istəyənlər üçün pulsuz seminarlar keçirilir
A24.Az xəbər verir ki, “Centrum Polskie”nin dəstəyi ilə Polşaya gedən gənclər Varşavadakı “Azərbaycan Evi”nin diqqət mərkəzində olur
Aprelin 2-də Bakıda fəaliyyət göstərən “Centrum Polskie”də (Polşa Mərkəzi) “Polşada təhsil və iş” seminarları keçiriləcək.
Seminarlarda abituriyentlər və onunların valideynləri, tələbələr, ali məktəb məzunları və hətta orta təhsilli, hər hansı peşə biliyi olan şəxslər iştirak edə bilərlər.
Polşada təhsil almaq, karyera qurmaq və öz bacarıqlarını düzgün istiqamətə yönəldərək maddi təminatını yaxşılaşdırmaq istəyən hər bir kəs bu seminarlardan faydalanaraq, Polşada həyat, təhsil və iş imkanları barədə təsəvvürlərini formalaşdıra bilər.
Seminar zamanı iştirakçılar üçün pulsuz “Coffee-break” təşkil olunacaq. Seminar aprelin 2-də (bazar günü) saat 17:00-dan 19:00-a qədər baş tutacaq.
“Cetrum Polskie”nin ünvanı: “İçərişəhər” m-sunun yanı, İstiqlaliyyət 57 (UNEC-lə üzbəüz). Əlaqə: 012 497 22 87; 055 904 04 64. fb.com/SABstudyabroad/

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00