Poroşenko: TANAP-dan qaz əldə etmək istəyirik

Poroşenko: TANAP-dan qaz əldə etmək istəyirik
Want create site? Find Free WordPress Themes and plugins.

TANAP Azərbaycan, Türkiyə, Avropa və Ukrayna üçün çox önəmli layihədir.

A24.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukryana prezidenti Petro Poroşenko Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib.

Ukrayna prezidenti bildirib ki, TANAP-la Cənub Qaz Dəhlizinin önəmli qismi tamamlanıb: “Son illər gördük ki, enerjidən Rusiyanın başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edildi. Ancaq bu siyasət uğurlu olmadı. TANAP bunun göstəricilərindən biridir.

Bu layihə yaxın dostum, Azərbaycan prezidenti İlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gerçəkləşib. TANAP Ukraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir.

Mən Ukrayna xalqı adından Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etmək istəyirəm. Ukrayna bu layihəyə tam dəstək verir.

Biz bu gün öz enerji qaynaqlarımızı genişləndirməyə çalışırıq.

Biz Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik.

Yaxın gələcəkdə Xəzər dənizindən təbii qazın tək Ukraynaya deyil, bütün Avropaya ixrac ediləcəyinə inanıram”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar