Premyer Liqada XV turun daha iki görüşü keçiriləcək: Bu gün

Premyer Liqada XV turun daha iki görüşü keçiriləcək: Bu gün
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki görüşü keçiriləcək.

A24.Az report-a istinadən xəbər verir ki, günün ilk matçında “Keşlə” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.

İki komanda arasında indiyədək 54 oyun keçirilib. 13 oyunda “Keşlə”, 27 matçda “Neftçi” qələbəyə sevinib. 14 görüş isə heç-heçə yekunlaşıb. Meydan sahibləri rəqibinə qarşı keçirdiyi son 6 oyunda uduzub. “Neftçi” bu 6 oyunun hamısında ən azı 2 top vurmağı bacarıb. Flaqman həmçinin “Keşlə” ilə görüşlərdə 10 oyundur meydanı qolsuz tərk etmir.

Hazırda “Keşlə” 21 xalla 7-ci, “Neftçi” 37 xalla 4-cü pillədədir.

Günün digər qarşılaşması isə Qəbələdə baş tutacaq. “Qəbələ” turnir cədvəlinin autsayderi “Kəpəz”i sınağa çəkəcək. Bu qarşılaşma iki komanda arasında yubiley oyunu olacaq. Əyalət təmsilçiləri bu vaxta qədər 19 dəfə qarşılaşıblar. Bu görüşlərdə qapılara 39 qol vurulub. “Qəbələ” 8, “Kəpəz” isə 6 dəfə meydanı 3 xalla tərk edib. 5 matç bərabərliklə başa çatıb. Bu komandalar arasında keçirilən son 3 qarşılaşmada meydan sahibi olan komanda xal qazana bilməyib.

Hazırda 13 xala malik “Kəpəz” uduzsa, Premyer Liqada qalma şanslarını çətinləşdirəcək. 42 xalı olan “Qəbələ” isə 2-ci pillədə qalmaq üçün uduzmamalıdır.

Qeyd edək ki, turun ilk matçında “Qarabağ” səfərdə “Zirə”ni 2:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək “Sumqayıt” – Səbail” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXV tur

28 aprel (şənbə)

18:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu

16:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Füzuli Nəcəfov
“İnter Arena”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar