Prezident Ağdaşda yol tikintisinə pul ayırdı - SƏRƏNCAM

Prezident Ağdaşda yol tikintisinə pul ayırdı – SƏRƏNCAM
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan prezidenti İlham Əliyev Ağdaş rayonunun Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

A24.Az-ın məlumatına görə, 12 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar