A24 Xeber

Prezident Baş Katibi işdən azad etməsinin səbəbini açıqladı

Prezident Baş Katibi işdən azad etməsinin səbəbini açıqladı
199
13 Mart 2018 - 18:45

ABŞ Prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etməsinə ayındlıq gətirib.

A24.az xəbər verir ki, D.Tramp jurnalistlərə bu məsələni R.Tillersonla çoxdan müzakirə etdiyini bildirib:

“Biz onunla bu barədə uzun müddətdir danışmışıq. Bizim yaxşı münasibətlərimiz var, lakin bir sıra məsələlərdə fikirlərimiz uzlaşmır”.

 R.Tillersonla fikir ayrılığı qismində D.Tramp İranla sövdələşməni misal çəkib:

“Mən bu sövdələşmənin dəhşətli olduğunu, o isə normal olduğunu düşünürdü. Mayk Pompeo (yeni dövlət katibi – red.) ilə isə fikirlərimiz eynidir”.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00