Prezident bu səfir və konsulları geri çağırdı — SİYAHI

Prezident bu səfir və konsulları geri çağırdı — SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

A24.Az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu, Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi, Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar