Prezident Cənub Qaz Dəhlizinin açılışında: "Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi"

Prezident Cənub Qaz Dəhlizinin açılışında: “Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi”
Want create site? Find Free WordPress Themes and plugins.

“Əgər 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğramasaydı, bu gün biz ən zəngin ölkələrdən biri olardıq”.
A24.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı deyib ki, sonrakı dövrdə Azərbaycan müstəqil olmadığı üçün xalq sərvətlərimizdən bəhrələnə bilməyib: “Sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda istehsal edilib. Bununla bağlı şəhərimizdə abidə də ucaldılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlində Azərbaycan dünyada neftin yarıdan çoxunu hasil edirdi. Ancaq o zaman xalq səfalət içərisində yaşayırdı, sənaye inkişafından söhbət getmirdi. Sadəcə, Azərbaycan resurs mənbəyi idi. Azərbaycandan çıxan neft xalqımızın inkişafına xidmət etmirdi. Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi. Eyni zamanda Abşeron yarımadası ekoloji fəlakətlə üzləşmişdi. Biz bu gün aradan qaldırırıq. Ancaq müstəqillik dövründə xalq öz resurslarından istifadə edə bilər. Biz bu gün belə böyük layihələri tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini  yenidən tərtib edirik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar