Prezident daha 3 quruma sədr təyin edəcək - Nazirlər Kabinetində boş qalan VƏZİFƏLƏR

Prezident daha 3 quruma sədr təyin edəcək – Nazirlər Kabinetində boş qalan VƏZİFƏLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında son iki sərəncamından sonra ölkə başçısının qarşıdakı 7 ildə kimlərlə işləyəcəyi aydınlaşdı.

Belə ki, bu sərəncamlarla Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərliyinə təyinatlar həyata keçirildi. Bu təyinatlar sırasında gözlənilənlər də var, gözlənilməyənlər də.

Yaxın günlərdə daha 3 qurumun rəhbərliyinə təyinat üçün sərəncam veriləcəyi gözlənilir. Bunlar aşağıdakılardır.

Milli Arxiv İdarəsinin rəisi –

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri –

Əqli Mülkiyyət Agentliyinin sədri –

Qeyd edək ki, son iki qurum ölkə başçısının ötən həftəsonu imzaladığı sərəncamlar əzasında yaradılıb. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Bununla yanaşı, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi də yaradılıb. Ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri bu qurumlar arasında bölüşdürülüb.

modern.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar