A24 Xeber

Prezident əfv sərəncamı imzaladı

Prezident əfv sərəncamı imzaladı
966
24 May 2018 - 16:33

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

A24.Az  xəbər verir ki, bu barədə “Report”a Penitensiar Xidmətdəki mənbə məlumat verib.

“Hazırda əfvin icrasına hazırlıq görülür”, – deyə, Penitensiar Xidmətdən bildirilib.

Sərəncamda adları yer alan şəxslərin adları yaxın saatlarda açıqlanacaq.

Əfvə düşən şəxslər sabah, mayın 25-də azadlığa buraxılacaqlar. Lakin bəzilərinin bu gün də azadlığa buraxılmaları istisna deyil.

Qeyd edək ki, sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, 12 siyasi məhbusun adı əfv sərəncamına düşüb.
A24.Az 
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00