Prezident göstəriş verib, aprel döyüşləri qazisini müalicə edən yoxdur: Görüntüləri dəhşətə salır

Prezident göstəriş verib, aprel döyüşləri qazisini müalicə edən yoxdur:  Görüntüləri dəhşətə salır
Want create site? Find Free WordPress Themes and plugins.

2016-cı il aprel döyüşlərində əsl qəhrəmanlıq sərgiləyən,  Azərbaycan əsgərinin gücünü düşmənə bir daha sübut edənlərdən biri də Ağayev Yaşar Təvəkkül oğlu olub.

Döyüşlərdə baş nahiyyəsindən güllə yarası alan Yaşar 5 dəfə əməliyyat keçirib.

A24.Az xəbər verir ki, aldığı güllə yarasından bədəninin sol tərəfi  iflic olan və aşağı ətrafları funksiyasını itirən Yaşarın yenidən əməliyyat olunmağa ehtiyacı var.

Qardaşı bildirir ki, Yaşar Türkiyədə əməliyyat olunarsa, sağlamlığına qovuşacaq:

“Qardaşım Aprel döyüşlərində başından güllə yarası alıb. 5 dəfə əməliyyat olunub. Amma yenidən əməliyyat olunmalıdır. O, hələ də xəstəxanada yatır. Əgər yaxşı reabilitasiya mərkəzlərində müalicə olunsa, hərəkət qabiliyyəti bərpa oluna bilər. Bilirsiniz ki, prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Aprel döyüşlərində yaralanmış qazilərin müalicəsi ilə bağlı xüsusi tapşırıq verib. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar laqeydlik göstərir və bu tapşırıqların yerinə yetirilməsinə diqqət ayırmır”.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Redaktor Seçimi, Son Dəqiqə, Gündəm, Eksklüziv, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar