Prezident gürcü həmkarını təbrik edib

Prezident gürcü həmkarını təbrik edib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərib.

A24.Az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Milli bayramınız – Müstəqillik Günü və Gürcüstan dövlətçiliyinin bərpasının 100 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 1918-ci ilin mayında Azərbaycan və Gürcüstanın dövlətçilik tarixində mühüm hadisə baş vermiş, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız öz müstəqilliyini bəyan etmişlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, müstəqilliyimizin hazırkı mərhələsində ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İnanıram ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz enerji, nəqliyyat layihələri, hərtərəfli və dinamik inkişaf edən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə mühüm töhfələr verəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar