Prezident İlham Əliyev 3 ölkənin dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev 3 ölkənin dövlət başçılarını təbrik edib
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahoru təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına sülh və rifah arzulayıram”.

XXX

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri xanım Kolinda Qrabar-Kitaroviçi təbrik edib:

“Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Xorvatiya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizin strateji tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar açır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə etməklə dost xalqlarımızın rifahına töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.

XXX

Prezident İlham Əliyev Mozambik Respublikasının Prezidenti Zati-aliləri cənab Filipe Jasinto Nyusini təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Mozambik əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar