A24 Xeber

Prezident İlham Əliyev həmkarına təbrik məktubu göndərdi

Prezident İlham Əliyev həmkarına təbrik məktubu göndərdi
57
16 Mart 2018 - 19:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

A24.az xəbər verir ki, təbrik mətnində bunlar deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram”.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00