A24 Xeber

Prezident İlham Əliyev İranda səfərdədir – FOTOLAR

Prezident İlham Əliyev İranda səfərdədir – FOTOLAR
700
05 Mart 2017 - 11:31

Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevi hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə Tehranın Sədabad sarayında fəxri qaravul dəstəsi düzülüb. Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycanın və İran dövlət himnləri səslənib.

İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində iqtisadiyyat və digər sahələrlə bağlı sənədlər imzalanacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00