Prezident İlham Əliyev Macarıstanın baş nazirini təbrik edib

Prezident İlham Əliyev Macarıstanın baş nazirini təbrik edib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbana təbrik məktubu göndərib. 

A24.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab baş nazir,

Başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilmiş parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Seçkilərin nəticələri həyata keçirdiyiniz siyasətə xalqınızın dəstəyini, Sizə olan etimadını bariz şəkildə əks etdirir. İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar