A24 Xeber

Prezident İlham Əliyev misirli həmkarını təbrik edib

Prezident İlham Əliyev misirli həmkarını təbrik edib
18
03 Aprel 2018 - 16:38

Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm”.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00