A24 Xeber

Prezident İlham Əliyev Nepal xarici işlər naziri ilə görüşüb

Prezident İlham Əliyev Nepal xarici işlər naziri ilə görüşüb
23
05 Aprel 2018 - 14:20

Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

A24.Az xəbər verir ki,  Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Nepalın xarici işlər naziri konfransın açılış mərasimində prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını deyib.

Əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan nazir turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.

İkitərəfli əlaqələrin məmnunluq doğurduğunu, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların mövcudluğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, ölkələrimiz BMT çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Dövlət başçısı Qoşulmama Hərəkatında həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00