A24 Xeber

Prezident İlham Əliyev veteranlarla görüşdü

Prezident İlham Əliyev veteranlarla görüşdü
46
09 May 2018 - 9:33

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

“A24.az”ın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən prezident Qələbə günü münasibətilə onları təbrik edib.

Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Dövlət başçısı veteranlarla xatirə şəkli çəkdirib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00