Prezident İlham Əliyevə “Qızıl Orden” ali mükafatı təqdim edilib

Prezident İlham Əliyevə “Qızıl Orden” ali mükafatı təqdim edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

“A24.az” xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti N. Laloviç dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Laloviç Bakıda “Formula 1” yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib,  Azərbaycanın güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasında olduğunu qeyd edib.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini söyləyən N. Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini xatırladıb. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan Dünya Güləş Birliyinin prezidenti ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını çatdırıb. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını nəzərə çatdırıb.

Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Orden”i dövlət başçısına təqdim etdi.

Dövlət başçısı mükafata görə minnətdarlığını bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar