A24 Xeber

Prezident maaşının 25 faizini yoxsullara ayırdı

Prezident maaşının 25 faizini yoxsullara ayırdı
68
30 Yanvar 2018 - 15:44

Liberiyanın yeni seçilən prezidenti Corc Vih aylıq maaşının yüzdə 25-ni kasıblara yardım fonduna köçürəcəyini bildirib.

A24.Az xəbər verir ki, dövlət başçısı bu barədə qərarını andiçmə mərasimindən sonra parlamentdə etdiyi ilk çıxışı zamanı açıqlayıb. Yeni prezident eyni addımı atmağı digər dövlət məmurlarına da məsləhət görüb. İlk olaraq deputatlara məsləhət görüb ki, onlar da aylıq maaşlarının bir hissəsini kasıblar üçün açılmış fonda köçürsünlər.

Prezident ölkəsində iqtisadiyyatın iflas həddinə çatmasından, gündən günə artan işsizlikdən və milli valyutanın qiymətdən düşməsindən narahat olduğunu deyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00