A24 Xeber

Prezident qələbə münasibəti ilə Makronu təbrik etdi

Prezident qələbə münasibəti ilə Makronu təbrik etdi
20
16 İyul 2018 - 13:41

Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona məktub göndərib.

“A24.az”ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00