Prezident Ramanada yol tikintisinə 3,7 milyon manat ayırdı 

Prezident Ramanada yol tikintisinə 3,7 milyon manat ayırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev “Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

A24.Az xəbər verir ki,  sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində on üç min nəfər əhalinin istifadə etdiyi, ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar