Prezident rektoru işdən azad etdi

Prezident rektoru işdən azad etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

A24.Az xəbər verir ki, sərəncamla Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minib.

Dövlət başçısının digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan Şirməmməd Hüseynovun qızıdır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar