Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək

Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

A24.Az “APA”ya istinadən xəbər verirk ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 15-də Seçki Məcəlləsinin tələblərinə əsasən prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edərək, Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,02 faiz səslə qalib gəlib.

Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev isə 0,74 faiz və səs toplayıb.

MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs etibarsız sayılıb.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar