Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin paylanmasına başlanılıb

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin paylanmasına başlanılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

A24.Az xəbər verir ki, MSK üzvləri, MSK Katibliyinin rəhbərliyi və əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçıları olan müxtəlif subyektlərin prosesi yaxından izləmələrinə  şərait yaradılıb. İlk gün – aprelin 2-də seçki bülletenlərinin Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, ölkənin xarici ölkələrdəki diplomatik nümayəndələriklərində, konsul idarələrində və gəmilərdə yaradılan seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 41 seçki dairəsinə, növbəti 2 gün ərzində isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur.

Tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın və şəffaflığın təmin olunması üçün bütün mərhələlərin media mənsubları tərəfindən hərtərəfli işıqlandırılmasına tam şərait yaradılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5milyon 347 min 803 ədəd bülleten çap olunub. Seçki Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, seçki gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar