Prezident seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlandı

Prezident seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda prezident seçkilərinin saat 10:00-a olan nəticələri məlum olub.

“A24.az” bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Ümumilikdə Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat 12:00, 15:00, 17:00 və 19:00-da məlumat veriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar