Prezident yol tikintisinə 5,8 milyon manat ayırıb

Prezident yol tikintisinə 5,8 milyon manat ayırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev İmişli rayonunun İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

A24.Az xəbər verir ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli–Yalavac–Rəsullu–Göbəktala–Şahverdili–Bəhrəmtəpə–Qaragüvəndikli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon (beş milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar