Prezidentdən Etibar Pirverdiyevə sərt sözlər: "Siz xalq qarşısında utanmalısınız..." - VİDEO

Prezidentdən Etibar Pirverdiyevə sərt sözlər: “Siz xalq qarşısında utanmalısınız…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək”.

“A24.az” bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib:

“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz.

Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında.

İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar…”

“A24.az” sözügedən müşavirədən görüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar