A24 Xeber

Prezidentdən vacib sərəncam: Administrasiyada yeni sektora rəhbər təyin olundu

Prezidentdən vacib sərəncam: Administrasiyada yeni sektora rəhbər təyin olundu
174
03 May 2018 - 17:42
Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib

A24.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00