A24 Xeber

Prezidentdən yeni SƏRƏNCAM

Prezidentdən yeni SƏRƏNCAM
123
29 Avqust 2018 - 18:57

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“A24.Az” xəbər verir ki, dəyişikliyə əsasən Sərəncamın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

“Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu – “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini.”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00