Prezidentin qızına qarşı cinayət işi açıldı - FOTO

Prezidentin qızına qarşı cinayət işi açıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

İsveçrə bankı Özbəkistanın eks prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova qarşı cinayət işi açılması ilə bağlı vəsatət qaldırıb.

A24.Az Reuters-ə istinadən xəbər verir ki, o, çirkli pulların yuyulmasında şübhəli bilinir.

İsveçrə Prokurorluğundan verilən məlumata görə, şəxsi bank olan “Lombard Odier” barəsində araşdırmalara başlanılıb. İndiyədək nə qədər insanın çirkli pulların yuyulmasında iştirak etdiyi isə məlum deyil. “Lombard Odier” bankının rəhbərliyi 2012-ci ildə pul yuyulmasıyla əlaqədar şübhəli əməliyyatların aparılması  haqqında hakimiyyətə məlumat verib.

İsveçrə Baş Prokurorluğu pul yuyulmasında 2014-cü ildən bəri şübhəli bilinən Gülnarə Kərimov barəsində işi araşdırır.

Prokurorlar 800 milyondan çox isveçrə frankının ( 795 milyon dollar) dondurulduğu haqqında məlumat verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar