Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə - FOTOLAR

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizədliyi irəli sürülən Qüdrət Həsənquliyev səs verib.

“A24.az”ın məlumatına görə, o, 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Prezidentliyə namizəd seçkilərin gedişatından razılığını bildirib: “Seçki prosesi indiyədək demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə də qanunlara uyğun baş tutacaq. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar