Prokurorluq xanəndənin ölüm səbəbini açıqladı

Prokurorluq xanəndənin ölüm səbəbini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb.

“A24.az” bildirir ki, Bərdə Rayon Prokurorluğundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirilən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən “Mercedes” markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar