Putin altı generalı qovdu

Putin altı generalı qovdu
Want create site? Find Free WordPress Themes and plugins.

Vladimir Putin hüquq mühafizə orqanlarında çalışan 6 generalı istefaya göndərib.

A24.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.

Bildirilib ki, FHN rəhbərinin birinci müavini Vladimir Stepanov vəzifəsində etdiyi səhlənkarlıqlara görə işdən çıxarılıb. İşdən çıxarılan generallar arasında bir müddət əvvəl dövlət əmlakının talan edilməsi maddəsilə barəsində cinayət işi açılmış Kemerovo vilayətinin FHN baş idarəsinin rəhbəri Aleksandr Mamontov da yer alır.

Həmçinin Krım FHN rəhbəri general-leytenant Sergey Şaxov və Daxili İşlər Nazirliyinin maliyyə-iqtisad siyasət rəhbəri Nadejda Romaşova vəzifələrindən azad edilib.

 Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar