Putin: Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var

Putin: Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

A24.Az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanda bu yubiley ilində xüsusilə geniş miqyasda qeyd edilən milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin ölkəniz iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəlikdə olan mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar.

Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hər vasitə ilə möhkəmləndirəcəyik. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzu edirəm”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar